Qazaxıstan hökuməti 2025-ci ildə Ukraynadakı müharibədə iştirak etdiklərinə görə yüzlərlə vətəndaşına qarşı ittiham irəli sürüb.
Hakimiyyət orqanları Rusiya tərəfində döyüşməyə gedən Qazaxıstan vətəndaşlarına qarşı təxminən 700 cinayət işi açıb. Bu rəqəm əvvəlki illərdən xeyli yüksəkdir və ölkə tarixində rekord göstəricidir.
Məhkəmələr üçün təqsirləndirilən şəxsin hansı qrupda döyüşməsinin fərqi yoxdur. İstər "Vaqner" kimi muzdlu qruplarda, istərsə də Rusiya Müdafiə Nazirliyinin müqaviləli bölmələrində xidmət etsinlər, hamısı Qazaxıstan Cinayət Məcəlləsi ilə "xarici silahlı münaqişədə iştirak" ittihamı ilə mühakimə olunurlar.
Qazaxıstan Cinayət Məcəlləsində bu cür işlər üçün iki əsas maddə var. 172-ci maddəyə görə, xarici ölkədə silahlı münaqişələrdə iştiraka görə 9 ilə qədər həbs cəzası nəzərdə tutur, 170-ci maddə isə muzdlu olduğu sübut olunarsa, ömürlük həbs və əmlak müsadirəsini nəzərdə tutur. Təqsirləndirilən şəxslərin əksəriyyəti 172-ci maddə ilə mühakimə olunur. "Standart" cəzalar isə 4,5 - 5 il arasında həbs cəzası ilə dəyişir.
Qazaxıstan hakimiyyəti uzun müddət yalnız xəbərdarlıqlar etdikdən sonra 2025-ci ilin əvvəlində ciddi addımlar atmağa başlayıb.
İşlərin sayının artmasına isə Ukraynanın Rusiya tərəfində döyüşən 1200 Qazaxıstan vətəndaşının adını dərc etməsi səbəb oldu. Rəsmi qurumlar siyahıların dəqiqliyinə ehtiyatla yanaşsalar da, həmin il yüzlərlə iş məhkəməyə verilib.
TAHİR