Zelenskinin dekabrın 28-də ABŞ-a səfər edəcəyi gözlənilir. Ukrayna mediası diplomatik mənbələrə istinadən yazır ki, gözlənilən görüş Trampın Florida ştatının Mar-a-Laqo şəhərindəki iqamətgahında baş tuta bilər.
Ukrayna münaqişəsi ilə bağlı ABŞ-Avropa əməkdaşlığında iştirak edən yüksəkvəzifəli Qərb rəsmisi anonimlik şərti ilə nəşrə bildirib ki, nizamlama ilə bağlı danışıqlarda bir neçə məqam hələ də razılaşdırılmamış qalır. Bunlara təhlükəsizlik zəmanətləri, potensial sülh müqaviləsinə nəzarət və Rusiyanın hüquqi öhdəlikləri daxildir.
ZÜMRÜD