ABŞ prezidenti Donald Tramp Venesuelaya təzyiqi artırmaq üçün hərəkətə keçib. ABŞ ilk olaraq Venesuelanı "iqtisadi fəlakətlə" vurmaq istəyir.
ABŞ prezidenti Donald Tramp ABŞ qoşunlarına Venesuela neftini hədəf alan iki aylıq "karantin" (blokada) tətbiq etməyi tapşırıb. ABŞ rəsmisi mediaya bildirib ki, Ağ Ev ABŞ hərbi qüvvələrinə ən azı növbəti iki ay ərzində demək olar ki, yalnız Venesuela neftinə "karantin" tətbiqinə diqqət yetirməyi əmr edib. Bu, Vaşinqtonun hazırda Karakasa təzyiq göstərmək üçün hərbi deyil, iqtisadi vasitələrdən istifadə etməkdə daha çox maraqlı olduğunu göstərir.
Rəsmi bildirib ki, hərbi variantlar gündəmdə qalsa da, Ağ Ev, istədiyi nəticəyə nail olmaq üçün diqqəti əvvəlcə sanksiyalar tətbiq etməklə iqtisadi təzyiqdən istifadə etməyə yönəldib. İndiyə qədər Maduroya böyük təzyiq göstərildiyini deyən rəsmi bildirib ki, Venesuela ABŞ qarşısında ciddi güzəştlərə getməyə razı olmasa, yanvar ayının sonuna qədər iqtisadi fəlakətlə üzləşəcək.
TAHİR