Moskva şəhərinin cənubunda avtomobilin partlaması nəticəsində Rusiya Silahlı Qüvvələri Baş Qərargahının əməliyyat hazırlığı idarəsinin rəisi general-leytenant Fanil Sərvərov həlak olub.
Rusiya İstintaq Komitəsinin məlumatına görə, partlayıcı qurğu general-leytenanta məxsus avtomobilin altında yerləşdirilib. Hadisə dekabrın 22-si səhər Yasenevaya küçəsində baş verib.
Medianın məlumatına görə, 56 yaşlı zərərçəkəndə çoxsaylı qəlpə yaraları, qapalı sınıqlar, ayaq yaraları və üz sümüyü sınığı qeydə alınıb.
ZÜMRÜD