ABŞ Venesuela sahilləri yaxınlığında bir neft tankerini saxlayıb. Bu barədə ABŞ-ın Daxili Təhlükəsizlik Departamentində bildirilib. Bu, ABŞ-ın bu ay ərzində Venesuela sahilləri yaxınlığında neft yüklü gəmini saxladığı ikinci haldır.
Qeyd edək ki, ABŞ Prezidenti Tramp bir neçə gün əvvəl sanksiyaya məruz qalan tankerlərin saxlanılması barədə göstəriş vermişdi, ancaq yei saxlanılan gəmi ABŞ sanksiyaları altında deyil.
“CNN” yüksək vəzifəli mənbəyə istinadən yazır ki, söhbət Panama bayrağı altında üzən, Venesueladan neft daşıyan və son təyinat nöqtəsi Asiya olan tankerdən gedir. Venesuela ABŞ-ın bu addımını beynəlxalq terror aktı kimi qiymətləndirir.
TAHİR