Mayamidə ABŞ-Rusiya danışıqları başlayıb. Rusiyanın sülh danışıqlarındakı nümayəndəsi Kirill Dmitriyev görüşlərin "konstruktiv" olduğunu söyləyib.
"Müzakirələr başlayıb və bu gün və sabah davam edəcək" – deyən Dmitriyev bildirib ki, ABŞ Prezidentinin xüsusi nümayəndəsi Stiv Uitkoff və Trampın kürəkəni Cared Kuşnerlə görüşlər onların Ukrayna və Avropa nümayəndələri ilə təmaslarından sonra baş tutub.
Kreml əvvəllər bildirmişdi ki, Rusiya ukraynalılar və avropalılarla məsləhətləşmələrdən sonra Vaşinqtonun sülh planını nə dərəcədə dəyişdirdiyini anlamağa çalışır.
TAHİR