Kreml Makronun dialoq təklifinə münasibət bildirib. Rusiya prezidentinin sözçüsü Peskov Putinin Makronla dialoqa hazır olduğunu bildiirib.
Onun sözlərinə görə, mümkün dialoq hər iki tərəfin mövqeyini anlamaq cəhdi olmalıdır: "Qarşılıqlı siyasi iradə olarsa, buna müsbət baxmaq mümkündür".
Xatırladaq ki, dekabrın 19-da Makron Rusiya Prezidenti Vladimir Putinlə dialoqun bərpasının Avropa üçün faydalı ola biləcəyini bildirib. ABŞ-ın sülh danışıqları uğursuz olarsa, Avropa dövlətləri Rusiya ilə tam hüquqlu dialoqu yenidən başlatmaq üçün yollar və formatlar tapmalıdırlar.
TAHİR