Fransa Prezidenti Makron bildirib ki, ABŞ-ın vasitəçiliyi ilə aparılan danışıqlar uğursuz olarsa, Avropa liderləri və Ukrayna Rusiya Prezidenti Vladimir Putinlə birbaşa əlaqə qurmağa hazır olmalıdırlar.
“ABŞ-ın rəhbərlik etdiyi sülh danışıqları uğursuz olarsa, avropalılar Ukrayna üçün tam şəffaflıq şəraitində Rusiya ilə dialoqu tam bərpa etməyin yollarını tapmalıdır”, - deyə Makron bildirib.
Onun sözlərinə görə, Rusiya ilə danışıqlar üçün düzgün çərçivə tapmaq vacibdir.
Vaşinqtonun Ukrayna böhranını həll etmək səylərini şərh edən Fransanın dövlət başçısı hazırda vəziyyətin ideal olmadığını vurğulayıb.
ZÜMRÜD