Ukraynanın NATO-ya üzvlük prosesi haqqında danışan NATO-nun baş katibi Mark Rutte üç müttəfiq ölkənin Kiyevin NATO-ya daxil olmasını istəmədiyini deyib.
Rutte bildirib ki, ABŞ, Macarıstan və Slovakiya kimi müttəfiq ölkələr Ukraynanın NATO-ya daxil olması üçün tələb olunan yekdilliyi əngəl olacaqlar.
Ukraynanın təhlükəsizlik zəmanətlərinə gəlincə baş katibi bildirib ki, burada əsas sual, Ukraynada uzunmüddətli atəşkəs və ya tam sülh razılaşması əldə edilərsə, Rusiyanın yenidən Ukraynaya hücum etməsinin qarşısını necə almaq olar. Onun sözlərinə görə, burada üç mərhələli təhlükəsizlik zəmanəti rol oynayır. Birinci mərhələ NATO ərazisindən kənarda yerləşən Ukrayna Silahlı Qüvvələrindən ibarət olacağını deyən Rutte deyib ki, bura Ukrayna ordusunu birinci müdafiə xəttinə olacaq.
"İkinci müdafiə xətti Böyük Britaniya və Fransanın rəhbərliyi altında yaradılan könüllü koalisiyadır. Bu halda avropalılar Kanada ilə birlikdə sülhün davam etməsini necə təmin edə bilərlər? Üçüncü müdafiə xətti ABŞ-dır. ABŞ prezidenti ötən avqust ayında ölkəsinin bu təhlükəsizlik zəmanətlərinin bir hissəsi olmaq istədiyini bildirib. Hazırda bunun nə anlama gələcəyi və bu kollektiv təhlükəsizlik zəmanətləri paketinin necə görünəcəyi ilə bağlı müzakirələr aparılır", - deyə o bildirib.
TAHİR