Ukrayna lideri Zelenski, Avropadakı dondurulmuş Rusiya aktivlərinin Ukraynaya məxsus olduğunu iddia edərək, Avropa İttifaqına (Aİ)"məhkəmələrdən qorxmaq olar, amma Rusiyanın sərhədinizdə olması daha qorxuludur" deyərək açıq çağırış edib.
Rusiya aktivlərinin Ukraynaya məxsus olduğunu deyən Zelenski, bu aktivlərin Ukraynanın müdafiəsi və yenidən qurulması üçün istifadəsinin həm ədalətli, həm də mənəvi cəhətdən doğru olacağını bildirib.
O, Ukraynanın maliyyə ehtiyaclarının Aİ liderlərinin zirvə toplantısında müzakirə olunduğunu qeyd deyib. Qeyd edib ki, məsələ yalnız pulla deyil, həm də ölkəsinin mübarizə aparmaq qabiliyyəti ilə bağlıdır. Polşa baş naziri Donald Tuskun "Ya bu bu gün pul, ya da sabah qan" bəyanatı ilə razılaşdığını deyən Zelenski, Rusiyanın Avropa üçün ciddi təhlükə yaratmağa davam etdiyini söyləyib.
Zelenski Belçikanın dondurulmuş Rusiya aktivlərinin əhəmiyyətli bir hissəsi ilə bağlı hüquqi narahatlıqlarına da toxunub: "Məhkəmə proseslərindən qorxmaq olar, amma Rusiyanın sərhədinizdə olması daha qorxuludur... Bu pul haqlı olaraq Ukraynanındır. Rusiya bizi məhv edir və bu aktivlərdən hücumlardan müdafiə üçün istifadə etmək tamamilə ədalətlidir".
Zelenski həmçinin Rusiya tərəfindən Ukraynada dağıdılmış şəhərlərin yenidən qurulmasında Rusiya aktivlərindən istifadənin ədalətli olduğunu bildirib və buna nümunə olaraq narkotik qaçaqmalçılarına və terrorçulara məxsus aktivlərin müsadirəsini göstərib: "Təcavüzkar öz hərəkətlərinin bədəlini ödəməlidir".
Aİ üzvlüyünü təhlükəsizliyin qarantı kimi gördüklərini bildirən Zelenski, Ukraynanın Aİ üzvlüyü prosesini sürətləndirməyin vacib olduğunu deyib. O, NATO-ya üzvlük məsələsində mövqeyinin dəyişməz qaldığını bir daha vurğulayaraq, bu qərarın Ukrayna xalqına aid olduğunu və konstitusiyanın dəyişdirilməyəcəyini bildirib.
ABŞ ilə davam edən danışıqlara da toxunan Zelenski ABŞ-ın Rusiyaya artan təzyiqinin müharibəni dayandıra biləcəyini iddia edib.
TAHİR