Almaniyanın Aşağı Saksoniya əyalətinin səhiyyə naziri Andreas Filippi, mümkün Rusiya-Avropa müharibəsi durumunda yeni tikilmiş xəstəxanaların altında sığınacaqlar tikməyi təklif edib.
Putinin xəstəxanalara hücum edilməyəcəyinə dair Cenevrə Konvensiyasına məhəl qoymadığını iddia edən Filippi, Almaniyanın xəstəxanaları zenit silahları ilə təchiz edə bilməyəcəyini deyib: "Ancaq yeni xəstəxana binalarının zirzəmilərində, əvvəlcə qaraj kimi istifadə edilə biləcək, lakin böhran vəziyyətində böyük təchizat mərkəzlərinə və ya reanimasiya şöbələrinə çevrilə biləcək sığınacaq kimi yerlərin hazırlanmasına diqqət yetirilməlidir ".
Filippi hazırda xəstəxanaların buna uyğun zirzəmilərinin və ya sığınacaqlarının olub-olmadığını və neçəsinin olduğunu araşdırdıqlarını bildirib və əlavə edib ki, mümkün müharibə vəziyyətində həm NATO-nun şərq cinahından, həm də Almaniya daxilində yaralıların müalicəsi üçün planlar hazırlanmalıdır.
TAHİR