Öz ölkəsindən qaşıb Moskvaya sığınan Suriyanın sabiq prezidenti Bəşər Əsədin bir illik Moskva həyatının maraqlı detalları məlum olub.
Bəşər Əsədin bir illik “sürgün” həyatının necə keçdiyi barədə “Euronews” xəbər verir ki, B.Əsəd yaxından izləmə altında video oyunlar oynayır və siyasətə qayıtmağı düşünmür.
Qeyd olunur ki, Rusiya xarici işlər naziri Sergey Lavrov ötən ilin oktyabr ayında keçmiş Suriya prezidenti Bəşər Əsədin Moskvada yaşadığını təsdiqləyib.
Xatırladaq ki, 2024-cü ilin dekabrında Bəşər Əsəd ölkəsindən qaçıb.
Hazırda Suriyada onun hakimiyyətinin devrilməsinin və xalqın Əsəd rejimindən xilas olmasının bir illiyi qeyd olunur.
İradə SARIYEVA