ABŞ prezidenti Donald Tramp su təchizatı müqaviləsini pozduğuna görə Meksikaya 5% tarif tətbiq edəcəyini açıqlayıb.
O, bunu Truth Social-da açıqlayıb. "Hazırda Meksika ABŞ-ın tələblərinə cavab vermir və bu, suya çox ehtiyacı olan Amerika fermerlərinə qarşı son dərəcə ədalətsizlikdir. Buna görə də bu su dərhal təmin edilmədiyi təqdirdə Meksikaya 5% tarif tətbiq etməyə icazə verən sənədlər hazırlamışam", - deyə Tramp yazıb.
“The Washington Post” qəzetinin 17 may 2024-cü il tarixli xəbərinə görə, Meksika on illərdir ki, ABŞ ilə su təchizatı müqaviləsini pozur, çünki özü quraqlıqdan əziyyət çəkir. Ölkələr bu müqaviləni 1944-cü ildə imzalayıblar. Bu müqaviləyə əsasən, Meksika hər beş ildən bir Rio Qrande çayı hövzəsindən ABŞ-a təxminən 2,2 milyard kubmetr su tədarük etməyə, ABŞ isə əks istiqamətdə Kolorado çayından 1,8 milyard kubmetr su tədarük etməyə razılaşıb.
İradə SARIYEVA