ABŞ prezidenti Donald Tramp bildirib ki, artıq Ukraynada prezident seçkilərinin keçirilməsinin vaxtıdır.
"Reuters"-in xəbərinə görə, "Politico"ya verdiyi müsahibədə ABŞ Prezidenti deyib:
"Düşünürəm ki, indi Ukraynada seçkilər keçirmək üçün doğru vaxtdır. Onlar müharibədən seçkilərdən yayınmaq üçün istifadə edirlər, amma inanıram ki, Ukrayna xalqının seçim imkanı olmalıdır".
Eyni zamanda ABŞ Prezidenti müsahibəsində Avropanı Ukraynada müharibəyə son verilməsi mövzusunda üzərinə düşəni edə bilməməkdə ittiham etməkdən də çəkinməyib.
Qeyd edək ki. daha öncə Tramp Rusiya-Ukrayna müharibəsinin dayandırılması üçün təkliflər verdiklərini, lakin Ukrayna Prezidenti Volodimir Zelenskinin bu təklifləri "oxumamasından məyus olduğunu" bildirmişdi.
SAMİRƏ