ABŞ Müharibə Nazirliyinin (Pentaqon) büdcə layihəsində 2026 və 2027-ci illərdə Ukrayna üçün illik cəmi 400 milyon dollar ayrılması nəzərdə tutulur. Sənəd hələ razılaşdırılmayıb və Konqresdə səsvermə bu həftə başlayacaq.
Bundan əvvəl ABŞ Prezidenti Tramp Vaşinqtonun artıq Kiyevə maliyyə yardımı göstərməyəcəyini açıqlayıb. Bunun əvəzinə Tramp ABŞ-ın Ukraynaya ötürülməsi üçün NATO-ya silah satdığını bildirib. NATO 2026-cı ildə bu məqsədlər üçün ayda 1 milyard avro ayırmağı planlaşdırır. Əsas hədəf hava hücumundan müdafiə də daxil olmaqla, silahların alınmasıdır.
ABŞ Konqresi tərəfindən 2026-cı il üçün hazırlanan müdafiə büdcəsi 901 milyard dollardır.
Qanunverici orqan Trampın tələbindən 8 milyard dollar çox büdcə təklif edib. Ağ Evin tələbi 892,6 milyard dollar idi. Təsdiqlənərsə, ABŞ müdafiə büdcəsi yeni rekorda imza atacaq.
TAHİR