Donald Tramp administrasiyası Ukrayna prezidenti Zelenskiyə Amerika sülh planını qəbul etməsi üçün təzyiq göstərir.
“Axios”a danışan Ukrayna rəsmiləri, ABŞ-ın Zelenskiyə daha təsirli təzyiq göstərmək üçün onu Avropa liderlərindən uzaqlaşdırmağa çalışdığını bildiriblər.
ABŞ-da hesab edirlər ki, Zelenskiy əsas Avropa müttəfiqləri ilə məsləhətləşmədən belə radikal qərarlar qəbul edə bilməz.
Başqa bir mənbə, Tramp administrasiyasının Zelenskini təcili addımlar atmağa məcbur etdiyini, avropalıların isə ona ehtiyatlı və səbirli olmağı məsləhət gördüyünü bildirib. Qeyd edilir ki, bu vəziyyət Ağ Evdə qəzəblə qarşılanır və Avropa ölkələrini razılaşmaya əsas maneə kimi görürlər.
Bundan başqa, Tramp sülh planına maneə kimi gördüyü Zelenskinin hakimiyyətdən getməsini istəyir. O, hesab edir ki, Ukraynada seçkilər keçirmək vaxtıdır. Tramp iddia edir ki, Zelenski müharibədən seçkilərdən yayınmaq üçün istifadə edir.
Ukrayna liderini hədəf alan Tramp, onun Baydendən 350 milyard dollar almasına baxmayaraq, ölkənin təxminən 25 faizini itirdiyini bildirib.
“Zelenski möhtəşəm satıcıdır. Mən onu P.T. Barnum adlandırıram. Siz bilirsiniz P.T. Barnum kimdir, elə deyilmi? Dünyanın ən yaxşılarından biridir. O, hər hansı bir məhsulu istənilən vaxt sata bilərdi. Onun ifadəsi belə idi: "Mən hər hansı bir məhsulu hər an sata bilərəm" və bu həqiqət idi. O, deyirdi ki, işləyib-işləməməsi önəmli deyil”, – deyən Tramp Zelenskini Barnumla müqayisə edib.
Bildirilir ki, ABŞ Ukraynaya yardımları və kəşfiyyat dəstəyini də dayandıra bilər.
TAHİR