ABŞ HDQ admiralı Kiyev üçün AB vəsaitləri ilə bağlı "acı həqiqəti" açıqlayıb.
Təqaüddə olan ABŞ Hərbi Dəniz Qüvvələrinin admiralı və NATO-nun keçmiş Ali Müttəfiq Komandanı Ceyms Stavridis bildirib ki, Avropanın Ukraynaya maliyyə dəstəyi göstərmək üçün resursları yalnız ilin ikinci yarısına qədər yetərlidir.
Onun sözlərinə görə, Avropa Birliyinin Kiyevə "təzminat krediti" vermək üçün dondurulmuş Rusiya aktivlərini ələ keçirmək istəyi də məhz bu maliyyə çatışmazlığı ilə bağlıdır.
Bloomberg-in xəbərinə görə, admiral əlavə edib ki, Qərb maliyyə institutlarında dondurulmuş Rusiya Mərkəzi Bankının böyük əmanətlərini müsadirə etmək hazırda mümkün deyil. O xatırladıb ki, Belçika müsadirənin əsas əleyhdarıdır. Belçikanın Baş naziri Bart De Vever Rusiya fondları ilə bağlı əməliyyatların təhlükəsizliyi üçün Avropa İttifaqından hüquqi zəmanət tələb edib.
Stavridis qeyd edib ki, AB, NATO kimi, qərarları konsensus yolu ilə qəbul edir və hətta bir ölkə təşəbbüsü rədd edə bilər. Dondurulmuş Rusiya aktivlərinə gəldikdə, təkcə Belçika deyil, Macarıstan da bu addıma qarşı çıxa bilər. Digər narahatlıq doğuran məqam isə vəsaitlərin müsadirə edilməsinin Kiyevlə Moskva arasındakı münaqişənin həlli üçün danışıqları çətinləşdirəcəyi və bunun da Vaşinqtonu qəzəbləndirəcəyidir.
Bununla belə, ekspert hələ də dondurulmuş Rusiya aktivlərinin istifadəsini müdafiə edir, lakin vəsaitlərin ehtiyatla müsadirə edilməsini təklif edir. Stavridis hesab edir ki, "Moskva bədəl ödəməlidir".
SAMİRƏ