Çin Xalq Respublikasının Sədri Si Cinpin Pekində Fransa Prezidenti Emmanuel Makronla görüşü zamanı rəsmi Parisi məsuliyyətli olmağa çağırıb. Görüş "YouTube" platformasında canlı yayımlanıb. Çin lideri bəyan edib ki, Çin və Fransa dünya yol ayrıcında olduğu bir vaxtda genişmiqyaslı dəyişikliklər şəraitində məsuliyyət nümayiş etdirməlidir. SİTAT: "Hazırda dünya yüz ildə görünməmiş, sürətlə inkişaf edən genişmiqyaslı dəyişikliklər yaşayır. Bəşəriyyət yenidən növbəti addımın hara aparacağına qərar verməli olduğu bir yolayrıcında dayanıb. Çin və Fransa məsuliyyət və qətiyyət göstərməli, çoxqütblülük bayrağını yüksək tutmalı, qaranlıq və dumanı yararaq irəliləməli, tarixin düzgün tərəfində möhkəm dayanmalıdır".
Mətləb