ABŞ Prezidenti Donald Tramp Stiv Uitkov və Cared Kuşnerin Putinlə görüşünün nəticələri barədə danışıb. Ağ Ev rəhbəri bəyan edib ki, rusiyalı həmkarı müharibəyə son qoymaq istəyir. SİTAT: "Uitkof və Kuşnerin təəssüratı belə oldu. Düşünürəm ki, o, daha normal həyata qayıtmaq istəyir. Düşünürəm ki, o, həftədə minlərlə əsgər itirmək əvəzinə, açıq şəkildə Amerika Birləşmiş Ştatları ilə ticarət etmək istəyir. Onların təəssüratına əsasən Putin razılaşmaq istəyir". Mətləb Salahov