Rusiya Maliyyə Nazirliyinin paylaşdığı məlumatlara görə, ölkənin enerji gəlirləri ötən ilin eyni dövrü ilə müqayisədə 33,8% azalaraq 531 milyard rubla (təxminən 6,9 milyard dollar) düşüb.,
Ekspertlər Rusiya iqtisadiyyatının əsas sütunlarından biri olan enerji sahəsində belə kəskin azalmanın gözləniləndən də qat-qat çox olduğunu bildirirlər.
Nazirlik yanvar-noyabr ayları arasında neft və təbii qaz gəlirlərinin 21,4% azalaraq 8,029 trilyon rubla düşdüyünü açıqlayıb. Bu, il ərzində davam edən təzyiqin noyabr ayında daha da gücləndiyini göstərir.
Aylıq proqnoz da Rusiya üçün məyus edicidir. Oktyabr ayı ilə müqayisədə gəlirlərin 40,2% azalması, azalmanın nə qədər ciddiliyini ortaya qoyur. Mütəxəssislər bildirirlər ki, bu qəfil azalmanın əsas səbəblərindən biri enerji şirkətlərinin vergi öhdəliklərinin artmasıdır. Başqa sözlə, şirkətlərin noyabr ayında ödənişləri dövlətin gəlirlərində əhəmiyyətli bir boşluq yaradıb.
Qərb ölkələri Rusiyanın enerji sektoruna sanksiyalar tətbiq etməyə davam edərkən, Moskva itirilmiş gəlirləri kompensasiya etmək üçün digər bölgələrə, xüsusən də Asiyaya meyllənməyə başlayıb. Lakin, bu strategiyanın, ən azı qısa müddətdə istənilən nəticəni verməyəcəyi bildirilir.
TAHİR