ABŞ Prezidentinin nümayəndəsi Stiv Uitkoff və Donald Trampın kürəkəni, iş adamı Cared Kuşnerin Avropada Ukrayna Prezidenti Zelenski ilə planlaşdırılan görüşü ləğv edilib. Bu barədə “Euronews” əməkdaşı Aleks Raufoğlu məlumat yayıb.
Jurnalist özünün X hesabında yazıb: "Mənbələrə görə, Brüsseldəki görüş ləğv edilib. Zelenski vətənə qayıdır".
Bir gün əvvəl “Axios” Kuşner və Zelenski arasında görüşün mümkünlüyü barədə məlumat yaymışdı. O, ABŞ nümayəndə heyətinin bir Avropa ölkəsinə gedəcəyini və orada Zelenski ilə görüşəcəyini iddia etmişdi. AFP isə görüşün Belçikada keçiriə biləcəyini bildirmişdi.
Bir neçə həftə əvvəl Zelenskinin Ankarada Uitkoffla görüşəcəyi açıqlanmışdı, lakin görüşün sonradan ləğv edildiyi barədə məlumatlar yayıldı.
TAHİR