NATO-nun Baş katibi Mark Rutte Alyansa üzv dövlətlərin xarici işlər nazirlərinin Brüsseldə keçirilən görüşündə müttəfiq ölkələrin gələn il Ukrayna üçün ABŞ istehsalı olan silah-sursatın alınmasına ayda ən azı bir milyard dollar xərcləməli olduqlarını bildirib.
Rutte hava hücumundan müdafiə sistemləri üçün həyati əhəmiyyət daşıyan raketlərlə yanaşı, hücum xarakterli sistemlərə də ehtiyac olduğunu deyib.
Nəşrin məlumatına görə, bu silah-sursatın alınması “Purl” (Prioritised Ukraine Requirements List – Ukraynaya dair prioritet tələblər siyahısı) təşəbbüsü vasitəsilə həyata keçiriləcək. Bu təşəbbüs ABŞ Prezidenti Donald Trampın tələblərinə cavab olaraq işə salınıb.
Təşəbbüsə əsasən, ABŞ-da istehsal olunan silah-sursat Avropa müttəfiqlərinə və Kanadaya satılır və daha sonra həmin dövlətlər bu silahları Ukraynaya təhvil verirlər.
ZÜMRÜD