Əgər sülh danışıqları uzansa və ya nəticə verməsə, Rusiyaya təzyiq göstərməyin ən yaxşı yolu sanksiyalar və Ukraynaya dəstəyin davam etdirilməsi olacaq. Bunu NATO-nun baş katibi Mark Rutte Brüsseldə Şimali Atlantika Alyansına üzv ölkələrin xarici işlər nazirlərinin görüşündən əvvəl deyib.
O, Rusiyaya tətbiq edilən iqtisadi sanksiyaların ağrılı və təsirli olduğunu bildirib: “Ruslar anlamalıdırlar ki, Ukraynaya sürətli yardım axını davam edəcək. Bu gün baş verənlər budur, bunun üçün ABŞ-a, avropalılara təşəkkürlər. ABŞ Ukraynaya kritik əhəmiyyətə malik avadanlıq göndərir, bunun üçün Kanada və avropalı müttəfiqlər pul ödəyiblər, lakin eyni zamanda Avropa və Kanada da ikitərəfli səviyyədə çox iş görürlər. Əsas məsələ Rusiyaya qarşı iqtisadi sanksiyaların ağrılı və təsirli olmasını təmin etməkdir. Bu gün məhz bu baş verir. ABŞ və Avropa sanksiyalar vasitəsilə Rusiya iqtisadiyyatına maksimum təsir göstərmək üçün birlikdə çalışırlar. Bu, Putinin hesablamalarını dəyişdirməyin ən yaxşı yoludur. Bununla yanaşı, biz ümid edirik ki, müharibə tezliklə başa çatacaq”.
TAHİR