ABŞ-ın Hərb Nazirliyi 2028-ci ilədək dörd mərhələdə yüz minlərlə kamikadze PUA-sı almaq üçün 1 milyard dollarlıq proqrama start verib.
2026-cı ildə orduya on minlərlə, 2027-də isə yüz minlərlə kiçik PUA tədarük ediləcəyini deyən Pentaqonun rəhbəri Pit Heqsetin sözlərinə görə, Amerika federal hökuməti effektivliyini sübut edən ucuz dronların istehsalına sərmayə yatırır: “Biz ucuz PUA-ları vurmaq üçün 2 milyon dollarlıq raketlərdən istifadə edə bilmərik”.
P.Heqsetin planına görə, hər partiyada alınan dronların sayı tədricən artacaq və bir PUA-nın qiyməti proqnozlaşdırılan 2300 dollardan 500 dollara enəcək.
ZÜMRÜD