Rusiya ilə Ukrayna arasındakı müharibə Qara dənizdə gəmilərə hücumlarla yeni bir mərhələyə keçdi. İki ölkə arasında gərginlik artmaqda davam edir.
Rusiya Prezidenti Vladimir Putin Ukraynanın Qara dənizdə tanker hücumları ilə "quldurluq" etdiyini deyərək, bu hücumlara cavab olaraq Rusiyanın Ukrayna limanlarına və ora daxil olan gəmilərə hücumlarını genişləndirəcyini bəyan edib.
Putin ABŞ Prezidenti Donald Trampın xüsusi nümayəndəsi Stiv Uitkoff və Trampın kürəkəni Kuşnerlə görüşməzdən əvvəl açıqlama verən Putin Ukraynanın Qara dənizdə tankerlərə hücumlarını sərt tənqid edib: "Tankerlərə edilən hücumlar beynəlxalq sularda deyil, başqa bir dövlətin, üçüncü bir dövlətin müstəsna iqtisadi zonasında həyata keçirilirsə bu quldurluqdur".
Tankerlərə hücumlara cavab olaraq, Rusiyanın Ukrayna limanlarına və gəmilərinə hücumlarını genişləndirəcəyini deyən Putin bildirib ki, hücumlar davam edərsə, bu əməliyyatlarda Ukraynaya kömək edən başqa ölkələrin gəmilərinə qarşı da cavab tədbirləri nəzərdən keçiriləcək: “Bunu edəcəyimizi demirəm, amma ehtimalları nəzərdən keçirəcəyik”
Ukrayna hökumətinin və “arxasında duranların” sözügedən hücumları yenidən nəzərdən keçirməyə çağıran Putin, buna qarşı ən radikal addımın Ukraynanın dənizlə əlaqəsini kəsmək olduğunu deyib. Lakin Putin bunun gərginliyi daha da artıran bir addım olacağını vurğulayıb.
Rusiyanın Avropa ölkələri ilə müharibəyə girməyi planlaşdırmadığını bildirən Rusiya lideri, Avropa ölkələri müharibəyə başlayarsa, Rusiyanın döyüşməyə hazır olduğunu vurğulayıb.
TAHİR