ABŞ ordusunun Venesuelaya artan təzyiqi və Karib dənizi bölgəsində narkotik daşıdığı iddia edilən qayıqlara hücumlarla bağlı jurnalistlərin suallarını cavablandıran ABŞ Prezidenti Tramp Venesuelanı vura biləcəklərini açılayıb.
Venesuela və Kolumbiya kimi ölkələrdən Amerika torpağına çatdırıldığını iddia edilən narkotiklərlə mübarizə aparmaqda qərarlı olduqlarını bildirən Tramp, buna nail olmaq üçün lazım olan hər şeyi edəcəklərini və Pentaqona bunun üçün tam səlahiyyət verdiyini deyib: "Mən istəyirəm ki, (Venesuela sahillərində) bu gəmilər məhv edilsin və lazım gələrsə, dənizdə etdiyimiz kimi Venesuela ərazisinə də hücum edəcəyik. Artıq dənizdən çox az şey gəlir, düşünürəm ki, onun 90 faizindən çoxunu məhv etmişik"
ABŞ prezidenti qurudan da hücumlara başlayacaqlarını bəyan edib: "Onların istifadə etdiyi marşrutları, onlar haqqında hər şeyi, harada yaşadıqlarını bilirik və çox tezliklə buna başlayacağıq. Bunları (narkotikləri) istehsal edən və ölkəmizə satan hər kəs bu hücuma məruz qalacaq".
TAHİR