Brüsseldə korrupsiya əməliyyatı çərçivəsində Avropa İttifaqının xarici siyasət üzrə keçmiş ali nümayəndəsi, hazırda Avropa Kollecinin rektoru olan Frederika Mogerini saxlanılıb.
Xatırladaq ki, Belçika polisi səhər tezdən Brüsseldəki Avropa Xarici Fəaliyyət Xidməti (EEAS) binasına və Brüggedəki Avropa Kollecinə basqın edib. Məlumatlara görə, polis Aİ vəsaitlərinin sui-istifadəsi şübhəsi ilə bağlı araşdırma aparır.
Təxminən 10 mülki geyimli polis əməkdaşı EEAS-ın qərargahına daxil olaraq axtarış aparıb. Basqınlarda zamanı rəqəmsal qeydlər, maliyyə sənədləri və məxfi sənədlər müsadirə edilib və üç nəfər saxlanıb.
TAHİR