NATO-nun Ukraynada Təhlükəsizliyə Yardım və Təlim Missiyasının komandanının müavini, Bundesver general-mayoru Mayk Keller Ukrayna münaqişəsinə tezliklə son qoyulacağını gözləmir.
Ukrayna münaqişəsinin tezliklə bitəcəyinə inamının az olduğunu bildirən Keller bu səbəbdən Qərbin Ukraynaya daima silah və pul axınını təmin etməli olduğunu vacib sayır.
Qeyd edək ki, bir müddət öncə Vaşinqton Ukrayna münaqişəsinin nizamlanması ilə bağlı 28 bəndlik sülh planı təklif edib. Sənəd Kiyevin və onun avropalı tərəfdaşlarının narazılığı ilə qarşılanıb.
ZÜMRÜD