ABŞ-ın xüsusi nümayəndəsi Tom Barak İraq rəsmilərinə İsrailin “Hizbullah”a qarşı hücumlarına müdaxilə etməməsi ilə bağlı sərt xəbərdarlıq edib.
Səudiyyə Ərəbistanı tərəfindən maliyyələşdirilən “Al Hadath” kanalının məlumatına görə, Barak bildirib ki, İraq ərazisindəki İran tərəfindən dəstəklənən milislər münaqişəyə cəlb olunarsa, Bağdad İsrail hücumları ilə üzləşə bilər.
Barakın İraq rəsmilərinə İsrailin Livandakı hücumlarının “Hizbullah” tamamilə tərksilah edilənə qədər davam edəcəyini açıq şəkildə bildirdiyi iddia edilir.
“Al Hadath” kanalının yaydığı bu xəbər, təxminən bir ay əvvəl İsrailin Şimal Komandanlığından gələn və İraqdan artan təhdidləri diqqət çəkən hesabatının ardından yayılıb.
TAHİR