ABŞ prezidenti Donald Tramp Venesuela prezidenti Nikolas Maduro ilə telefon danışığının təfərrüatları məlum olub. Trampla yaxın əlaqələri ilə tanınan ABŞ kanalı Fox News, telefon danışığının təxminən iki həftə əvvəl baş tutduğunu bildirib.
ABŞ Dövlət Departamentinin başına 50 milyon dollar mükafat qoyduğu Maduro, "bütün cinayətlərinə görə qlobal əfv" və "ordunun nəzarətini əlində saxlamaq üçün icazə" istədiyini iddia edir. Ancaq Venesuela liderinin ordunun nəzarətini saxlamaq tələbinin 1991-ci ildə Nikaraquada yaşanan bənzər "kölgə hökuməti" strukturu yarada biləcəyi səbəbindən Tramp tərəfindən rədd edilib.
Vaşinqton administrasiyası isə bu tələblərə cavab olaraq Maduro, həyat yoldaşı və oğlunun ölkəni təhlükəsiz şəkildə tərk etməsinə icazə verməyi təklif edib. Tramp Maduro və ailəsinin dərhal ölkəni tərk etməsini tələb edib. Maduronun ölkəsini tərk etməyik təklifinə müsbət yanaşdığı, lakin Vaşinqtonun onun ölkəni dərhal tərk etməsində təkid etdiyi üçün təklifi rədd edib.
CNN isə xəbər verir ki, danışıqlar zamanı Maduro vəzifəsindən istefa verməyə hazır olduğuna işarə edib, lakin bunun, ən azı 18 ay ərzində baş verməyəcəyini bildirib. ABŞ-ın bəzi rəsmi şəxslərinin bunun həll yolu ola biləcəyini düşünməsinə baxmayaraq, Ağ Ev yalnız Maduronun dərhal istefasını nəzərdə tutan planı dəstəkləyəcəyini bildirib.
Eyni zamanda məlumat yayılıb ki, Maduro OPEC-ə məktub yazıb və ABŞ-ı Venesuelanın neft ehtiyatlarını zor tətbiq etməklə mənimsəməkdə günahlandırıb. Venesuela Milli Assambleyasının sədri isə ABŞ-ı gəmilərə son vaxtlar edilən hərbi hücumlar səbəbindən “qətl”də ittiham edib.
TAHİR