Dövlət Dumasının İnformasiya Siyasəti, İnformasiya Texnologiyaları və Kommunikasiya Komitəsi sədrinin birinci müavini Anton Qorelkin özünün Teleqram kanalında yazıb ki, diplomatik danışıqların son sızma faktı Rusiya ərazisində “WhatsApp” messencerinin bloklanmasını sürətləndirmək üçün əlavə bir səbəbə çevrilib.
Dövlət Dumasının İnformasiya Siyasəti, İnformasiya Texnologiyaları və Kommunikasiya Komitəsi sədrinin birinci müavini Anton Qorelkin özünün Teleqram kanalında məlumat verib.
“Nəticəyə gəlindi: messencerin sahibləri təkcə onun qanunsuz istifadəsinə göz yummurlar, onlar həm də özləri bu işdə fəal şəkildə iştirak edirlər”, - deyə Gazeta.ru deputata istinadən yazıb.
Rusiya Prezidentinin köməkçisi Yuri Uşakov bundan əvvəl Rusiya ilə ABŞ arasında əlaqələrin həm xüsusi, qapalı rabitə kanalları, həm də “WhatsApp” kimi adi kanallar vasitəsilə həyata keçirilə biləcəyini bildirmişdi. O, ABŞ-ın xüsusi elçisi Stiv Uitkoffla söhbətinin sızmasının bu kanal vasitəsilə baş verə biləcəyini ehtimal etmişdi. Uşakov qeyd etmişdi ki, görünür, kimsə hansısa yolla “WhatsApp” danışıqlarını dinləyə bilir.
ZÜMRÜD