ABŞ prezidenti Donald Tramp yenə Ukrayna barədə danışıb. Ağ Ev rəhbəri bəyan edib ki, Ukrayna üzrə danışıqlarda rəsmi Kiyev "kiçik problemlə" - korrupsiya ilə bağlı vəziyyətlə üzləşib. Bu barədə RİA Novosti Trampın açıqlamalarına istinadla məlumat yayıb. ABŞ prezidentinin Ukrayna nizamlanması ilə bağlı digər fikirləri də diqqət çəkib. Trampın sözlərinə görə, Florida ştatında keçirilən görüşlərdə ABŞ və Ukrayna nümayəndə heyətləri bir-biri ilə "yaxşı anlaşa bilib".