Ukrayna prezidenti Zelenski səlahiyyət müddətinin ən kritik dövrlərindən birinə qədəm qoyur. "The Washington Post" qəzetinin məlumatına görə, Zelenski eyni vaxtda dörd qat təzyiqlə üzləşir:
- münaqişəyə tez bir zamanda son qoymaq üçün ABŞ-dan gözlənilən yeni təzyiqlər,
- “Energoatom” ətrafında korrupsiya qalmaqalı və Andrey Yermakın istefası,
- müxalifətin hökuməti devirmək üçün parlament təşəbbüsü,
- Rusiyanın davam edən hücumları.
Müşahidəçilərin fikrincə, bütün bu amillər Zelenski üçün həm daxili, həm də xarici siyasətdə ciddi təhlükə ola bilər.
TAHİR