Tramp Ukraynadakı xüsusi nümayəndəsi Kelloqu quru qoşunları komandanı general Driskolla əvəzləyib. Driskoll artıq Kiyevdədir və danışıqlar aparır.
Bundan əvvəl o Əbu-Dabidə, Cenevrədə danışıqlarda iştirak edib. Kiyevdə apardığı danışıqlarla bağlı onun haqqında pis imic formalaşıb. Avropa mediası bildirir ki, Driskoll yalnız Ukraynaya təzyiq göstərir, Kiyevi sülh sazişi imzalamağa məcbur etmək istəyir. Qeyd edilir ki, Driskoll Ukrayna rəhbərliyinə "siz uduzubsunuz, rusların havada üstünlüyü getdikcə güclənir, daha çox ərazi itirəcəksiniz, yaxşı olar razılaşasınız" kimi sərt mesajlar verir. Təhlilçilər onun Trampdan xüsusi tapşırıq aldığını iddia edirlər - "Necə olursa olsun, Ukraynanı təslimçiliyə razı salmalısan".
Məlumatlara görə, Driskollun Ukraynaya heç bir rəğbəti yoxdur, çox sərt təzyiqin tərəfdarıdır. Qeyd edilir ki, vitse-prezident M.Vensin tələbə yoldaşı olan Driskoll "Venslə birlikdə Trampdan sonrakı prezidentliyə ciddi şəkildə hazırlaşır"...
Namiq Quliyev