ABŞ-Venesuela gərginliyi ilə bağlı yeni bir iddia ortaya atılıb. Məlumatlara görə, ABŞ Prezidenti Trampla Venesuela Prezidenti Maduro arasında ötən həftə telefonla danışdığı olub və tərəflər görüş ehtimalını müzakirə ediblər. Lakin hazırda belə bir görüş planlaşdırılmayıb.
“The New York Times” qəzetinin məlumatına görə, gizli saxlanan telefon danışığı Tramp administrasiyasının "xarici terror təşkilatı" elan etdiyi “Cartel del los Soles” ilə bağlı qərarının qüvvəyə minməsindən qısa müddət əvvəl baş tutub.
ABŞ Venesuelaya qarşı dənizdə və hava məkanında gücünü artırır. Məqsəd narkotik qaçaqmalçılığının qarşısını almaq olsa da, xəbərdə ABŞ-ın, Maduronu devirmək üçün lazım gələrsə güc tətbiq etmək niyyətində olduğu bildirilir. Hərbi təhdidlərlə yanaşı birbaşa danışıqlar aparmağa meylli olan Tramp, bu yaxınlarda quru əməliyyatlarının başlana biləcəyini elan edib.
Danışıqlar qarşıdurmadan yayınmaq üçün "çıxış yolu" axtarmaq kimi şərh edilir, lakin buna baxmayaraq ABŞ administrasiya Maduronun devirmək planlarından da imtina etmir.
TAHİR