Pentaqonun keçmiş müşaviri polkovnik Duqlas Makqreqor Ukraynada prezident Volodimir Zelenskini devirmək üçün hərbi çevriliş hazırlandığını iddia edib.
İddialarını bir YouTube kanalına verdiyi açıqlamada dilə gətirən Makqreqor bildirib ki, belə bir hadisə ABŞ-ın Ukrayna böhranının sülh yolu ilə həlli səylərini puç edə bilər.
Bu iddia davam edən müharibə fonunda Kiyevdə sabitlik və liderlik dəyişikliyi ilə bağlı narahatlıqları yenidən alovlandırıb.
Makqreqorun iddiası Ukraynada uzun sürən müharibə səbəbindən ordu və cəmiyyətdə artan yorğunluq, eləcə də Qərbdən hərbi dəstəyin tempi və əhatə dairəsi ilə bağlı müzakirələrin getdiyi bir vaxta təsadüf edir. Lakin bu iddialar hələ rəsmi olaraq təsdiqlənməyib və Kiyev hökuməti də şərh verməyib.
ZÜMRÜD