Rusiya XİN Lavrov dekabrın 4-5 - də keçiriləcək ATƏT XİN rəhbərlərinin görüşündə Rusiya nümayəndə heyətinin rəhbəri statusundan məhrum edilib....Onu bu statusda müavini əvəz edəcək. Bundan əvvəl Lavrov G- 20 - lərin Afrikada keçirilmiş sammitinə də buraxılmamışdı. Ondan əvvəl isə Putin onu ASEAN sammitində nümayəndə heyətinə rəhbər təyin etməmişdi. Onu müavini əvəz etmişdi.
Putin özü Lavrovun " qəzəbə gəldiyini " rədd edir. Lakin faktdır ki, oktyabrda Macarıstanda Putin- Tramp görüşü ləğv ediləndən Lavrovun " ulduzu sönüb". Görüşdən bir neçə gün qabaq Lavrov ABŞ XİN Rubio ilə telefonda danışmışdı .Məhz bu görüşdən dərhal sonra Tramp zirvəni ləğv etmişdi. Məlumatlara görə Lavrovun Rubio ilə ultimatum dilində danışması Trampı əsəbləşdirib və o , iki neft şirkətinə sanksiya qoyub. Lavrovu vurduran başqa səbəb də var. Lavrov çar 2- ci Aleksandrdan sitat gətirməklə Rusiyanın dünyada təcrid olunduğunu etiraf edib və bu , Putinin acığına gəlib -" Rusiyanın yalnız iki müttəfiqi var- ordu və donanma".
Namiq Quliyev