ABŞ ordusunun katibi Den Driskol Kiyevdəki avropalı diplomatlara Rusiyanın çoxlu sayda uzunmənzilli raket istehsal etməyə başladığını bildirib.
"The New York Times" qəzetinin məlumatına görə, Driskol, bu raketlərin təkcə Ukraynaya intensiv hücumlar üçün deyil, həm də gələcək potensial münaqişə zonaları üçün ehtiyatda saxlanacağını deyib.
Avropalı diplomatlar bu xəbərdarlığı ABŞ-ın Ukrayna sülh planı ilə bağlı "dərhal hərəkətə keçin" mesajı kimi şərh ediblər. Qeyd edilir ki, Rusiya münaqişə bitsə belə, istehsalı sürətlə azaltmayacaq, lakin sülh müqaviləsinin Moskvanın Avropaya hücum üçün "bəhanə" tapmasını çətinləşdirəcək.
TAHİR