Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) zirvə toplantısında çıxış edən Rusiya prezidenti Vladimir Putin üzv dövlətlərə milli orduları müasir Rusiya silahları ilə yenidən təchiz etmək üçün proqram başlatmağı təklif edib.
Putin Rusiyanın hərbi texnikasının "real döyüş şəraitində effektivliyini sübut etdiyini" vurğulayıb.
Müdafiə sənayesi şirkətləri arasında əməkdaşlığın gücləndirilməsinə diqqət çəkən Putin, Rusiyanın KTMT-nin hərbi potensialının artırılmasına yönəlmiş məsələlərdə müttəfiqləri ilə fəal şəkildə işləməyə davam edəcəyini bildirib.
Kremlin sözçüsü Dmitri Peskov isə bildirib ki, Putinin KTMT qüvvələrini Rusiya silahları ilə yenidən təchiz etmək təklifi təşkilatın Bişkekdə keçirilən sammitində müsbət qarşılanıb. O, əlavə edib ki, hələlik hazır yenidən silahlanma proqramı yoxdur.
TAHİR