Rusiya Prezidenti Vladimir Putin Qırğızıstana dövlət səfərindən sonra keçirilən mətbuat konfransında xarici işlər naziri Sergey Lavrovun "etibarını itirməsi" barədə xəbərlərə münasibət bildirib.
Xəbərlərin "cəfəngiyat" olduğunu deyən Putin bildirib ki, Lavrov heç bir halda etibarını itirməyib.
Putin, Lavrovun amerikalı həmkarları planlaşdırılan görüşlərə hazırlaşdığını və iş qrafiki barədə özünün də məlumatlandırıldığını bildirib.
TAHİR