Vaşinqtonda ABŞ Milli Qvardiyasına hücumda şübhəli bilinən şəxs, sən demə illər öncə Əfqanıstanda ABŞ-nin müxtəlif hökumət strukturlarına, o cümlədən kəşfiyyata işləyib. Bu barədə Mərkəzi Kəşfiyyat İdarəsinin direktoru Con Retkliff "Fox News"a müsahibəsində bildirib. ABŞ polisi həmin şəxsin saxlanıldığını açıqlayıb. Onun təkbaşına hərəkət etdiyi dəqiqləşdirilib. KİV-in məlumatına görə, atəş açan şəxs 2024-cü ildə sığınacaq üçün müraciət edib və onun ərizəsi 2025-ci ilin aprelində təsdiqlənib.
Mətləb