Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı (KTMT) ölkələrinin xarici işlər nazirləri, müdafiə nazirləri və Təhlükəsizlik Şurası katibləri Bişkekdə keçirilən birgə iclasda transmilli təhdidlərə, terrorizmə və kibertəhdidlərə qarşı mübarizə məsələlərini müzakirə ediblər. Bu barədə Qırğızıstan Xarici İşlər Nazirliyinin (XİN) mətbuat xidməti məlumat yayıb. Rəsmi Bişkekin açıqlamasında deyilir ki, toplantıda regional təhlükəsizliyin gücləndirilməsi, kollektiv müdafiənin effektivliyinin artırılması, xarici siyasət səylərinin əlaqələndirilməsi və müasir təhlükəsizlik çağırışlarına qarşı mübarizə məsələləri müzakirə edilib. "İclas zamanı üzv dövlətlərin müdafiə və təhlükəsizlik sahəsində əməkdaşlığının strateji istiqamətləri üzrə, eləcə də terrorizm və kibertəhdidlər də daxil olmaqla transmilli təhdidlərə qarşı mübarizə tədbirləri barədə fikir mübadiləsi aparılıb", - məlumatda qeyd olunub.
Mətləb