Çində insan tələfatı ilə nəticələnən dəmiryolu qəzası baş verib. Ölkənin cənub-qərbindəki Yunnan əyalətində seysmoloji avadanlığın sınağını keçirən qatar hərəkətdə olarkən dəmir yolunda inşaat işləri aparan fəhlələri vurub. Çin mediasının yazdığına görə, səhər saatlarında əyalətin paytaxtı Kunmin şəhərinin Luoyancen stansiyasında baş verən hadisə nəticəsində 11 fəhlə ölüb, 2 nəfər xəsarət alıb.
Mətləb Salahov