ABŞ Prezidenti Donald Tramp Ağ Evin yaxınlığındakı metro stansiyasının qarşısında Milli Qvardiyanın iki üzvünün güllələnməsini terror aktı adlandırıb. Ağ Ev rəhbəri Florida ştatındakı iqamətgahından videomüraciət yayıb.
“Bu gecə ən dəqiq məlumata əsaslanaraq bildirə bilərəm ki, Daxili Təhlükəsizlik Departamenti həbsdə olan şübhəlinin Əfqanıstandan ölkəmizə daxil olan əcnəbi olduğuna əmindir. O, 2021-ci ilin sentyabr ayında Bayden administrasiyası tərəfindən hamının danışdığı o biabırçı uçuşlarla gətirilib”,- deyə Tramp bildirib. O, əvvəlki administrasiyanı bütün dünyadan 20 milyon naməlum və yoxlanılmamış əcnəbini ölkəyə buraxdığını bildirib.
Mətləb