ABŞ-da Ağ Evin yaxınlığında atışma baş verib. Hücum nəticəsində Milli Qvardiyanın iki əməkdaşı öldürülüb.
Vaşinqton Polis Departamenti X şirkətinin sosial media platformasında bir paylaşım edərək şübhəlinin yaralı olaraq ələ keçirildiyini açıqlayıb. ABŞ Daxili Təhlükəsizlik Katibi Kristi Noem hadisəni təsdiqləyib və Departamentin araşdırma apardığını bildirib.
Hadisədən sonra Ronald Reyqan Vaşinqton Hava Limanında uçuşlar dayandırılıb.
Hadisə ilə bağlı “Truth Social” hesabında açıqlama yayan ABŞ Prezidenti Donald Tramp isə cinayətkarı "heyvan" adlandırıb və çox ağır cəza alacağını bildirib..
TAHİR