NATO-nun baş katibi Mark Rutte Rusiya-Ukrayna müharibəsinə son qoymaq səyləri və Rusiyadan gələn təhdidlərlə bağlı Avropaya mesaj və xəbərdarlıq göndərib.
Rutte Avropanın üzləşdiyi Rusiya təhdidlərinin yalnız qitənin şərq cinahı ilə məhdudlaşmadığını bildirib: "Vilnüs və Valensiya arasındakı fərqi bilirsinizmi? Beş dəqiqə. Ən yeni Rusiya raketlərinin İspaniyaya çatması bu qədər vaxt aparacaq. Bu raketlər səsdən beş qat sürətlə hərəkət edir. Onları ənənəvi raketlərlə vurmaq olmaz. Buna görə də, yalnız şərq cinahında Litvanın narahat olması gərəkdiyini və digər ölkələrin təhlükəsiz olduğunu düşünürsünüzsə, yanılırsınız. Hamımız şərq cinahındayıq".
Rutte bildirib ki, Avropa ABŞ-ın Rusiya-Ukrayna müharibəsinə son qoyduqdan sonra Rusiyanın artıq təhlükə yaratmadığını düşünmək tələsinə düşməməlidir. Sülh planı olsa belə, Rusiya Avropa üçün uzunmüddətli təhlükə olaraq qalır: “Əgər Rusiya prezidenti tarixi yenidən yazmaq kimi yalan inanc uğrunda bir milyon vətəndaşını qurban verməyə hazırdırsa, onda Rusiyadan gələ biləcək hər hansı bir təhlükəyə hazır olmalıyıq".
TAHİR