Ermənistan xarici işlər nazirinin müavini Mnatsakan Safaryan hazırda Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatından (KTMT) çıxmaq məsələsini müzakirə etmədiklərini deyib.
"Hazırda bu məsələ Xarici İşlər Nazirliyinin gündəliyində deyil. Bizim qarşımıza belə bir vəzifə qoyulmayıb”, - deyən Safaryanın sözlərinə görə, Ermənistan KTMT-də iştirak etmir, lakin qərarların və sənədlərin qəbuluna da mane olmur. İrəvan indiki mərhələdə xarici siyasətini öz maraqları və inkişaf edən situasiya əsasında aparır.
Qeydedəkki,iyulda Ermənistanın Baş naziri Nikol Paşinyan respublikanın KTMT-dən çıxması ehtimalını istisna etmədiyini demişdi. O, “KTMT-nin Ermənistan Respublikasının təhlükəsizliyini təmin etmək barədə öhdəliklərini yerinə yetirmədiyi”ni əsas gətirərək, təşkilatda iştirakı dayandırdıqlarını bildirmişdi.
Kreml isə öz növbəsində bəyan edib ki, KTMT-yə üzv olması Ermənistana müəyyən üstünlüklər və faydalar verir, lakin təşkilatda iştirak etmək və ya ondan çıxmaq məsələsi respublikanın suveren qərarıdır.
ZÜMRÜD