Ukrayna Ali Radasının sədri Ruslan Stefançuk İsveç Riksdaqının sədri Andreas Norlen ilə birgə mətbuat konfransında müharibənin yalnız Krımın Ukraynaya qaytarılması ilə bitəcəyini deyib. Stefançuk bu açıqlama ilə Kiyev administrasiyasının Krımla bağlı mövqeyini bir daha təsdiqləyib.
İsveçdə keçirilən beynəlxalq parlamentlərarası görüşdə Krım məsələsinə diqqət çəkən Stefançukun bu açıqlaması, Krım məsələsinin beynəlxalq səviyyədə tanınması və Ukraynanın ərazi bütövlüyünə qlobal dəstək axtarışı kimi şərh edilir.
Stefançuk bildirib ki, Krım Ukraynadır, Ukrayna dövlətinin bir parçasıdır və yarımada Ukraynaya qayıtdıqdan sonra müharibə bitəcək. Bu isə Ukrayna hökumətinin, Krımın işğaldan əvvəlki statusunu tanımaq qərarlılığını nümayiş etdirməklə yanaşı, sülh danışıqlarında yarımadanın qaytarılmasının ilkin şərt kimi irəli sürəcəyini də nümayiş etdirir.
Digər tərəfdən, Stefançuk bəyanatı Rusiya-Ukrayna müharibəsinin həllində Krım məsələsinin açar rolu oynadığını bir daha təsdiqləyir, eyni zamanda tərəflər arasında fundamental fikir ayrılıqlarının davam etdiyini nümayiş etdirir. Müşahidəçilər hesab edir ki, Kiyevin Krımın statusu ilə bağlı bu barışmaz mövqeyi sülh danışıqlarına ən böyük maneələrdən biri kimi ortaya çıxacaq.
TAHİR