ABŞ rəsmiləri ilə Rusiya nümayəndələri arasında Əbu-Dabidə danışıqlar gedir. Axios-un məlumatına görə, Ukrayna nümayəndə heyəti də Rusiya nümayəndələri birbaşa danışıqlar üçün Əbu-Dabidə gedib.
Mənbələr bildirib ki, Ukrayna və Rusiya hərbi kəşfiyyat rəislərinin fərqli bir məsələni müzakirə etmək üçün görüşü əvvəlcədən planlaşdırılıb, lakin ABŞ ordusunun katibi Den Driskolun Əbu-Dabiyə gözlənilməz səfəri planları dəyişib. ABŞ rəsmiləri Vaşiqton tərəfindən hazırlanmış sülh planını müzakirə etmək üçün Rusiya nümayəndələri ilə müzakirələrə başlayıb. Driskolun sözçüsü bildirib ki, ABŞ-ın Rusiya nümayəndə heyəti ilə danışıqları "yaxşı irəliləyir". ABŞ nümayəndə heyəti Ukrayna tərəfi ilə də danışıqlar aparır.
Kremlin sözçüsü Dmitri Peskov Əbu-Dabidə görüş xəbərlərini təsdiqləyib, lakin əlavə şərh verməyib.
TAHİR