Kiyev Ukrayna silahlı qüvvələrinin sayını 800.000 hərbçi ilə məhdudlaşdırmağa razılaşıb. Bu barədə Britaniyanın Financial Times (FT) qəzeti Volodimir Zelenskinin ofisinə yaxın mənbələrə istinadən məlumat verib.
Agentliyin məlumatına görə, Kiyev həmçinin Zelenski ilə ABŞ prezidenti Donald Tramp arasında görüşdə ərazi və təhlükəsizlik zəmanətləri ilə bağlı ən həssas məsələləri müzakirə etmək istəyir.
Xatırladaq ki, daha öncə Qərb mediası Trampın Ukrayna sülh razılaşması planının Ukrayna Silahlı Qüvvələrinin sayını 600.000 nəfərə endirməyi nəzərdə tutduğunu bildirmişdi. Çərşənbə axşamı günü ABC News ABŞ rəsmisinə istinadən Ukraynanın potensial sülh müqaviləsinin şərtləri ilə bağlı ABŞ ilə razılığa gəldiyini, lakin planın bəzi detallarının hələ də dəqiqləşdirilməli olduğunu bildirib.
SAMİRƏ